Messi “Barselona”dan ayrılır

Messi “Barselona”dan ayrılır
  • İdman

  • Lionel Messi 2021-ci ildə "Barselona"dan ayrılmağı planlaşdırır.

    Asiya.az
    "Cadena SER" radiosuna istinadən xəbər verir ki, müqavilənin uzadılması ilə bağlı danışıqların müsbət nəticə verməsinə baxmayaraq, "Barsa"nın uğursuz çıxışı və klub daxilində baş verən söz-söhbətlər Messinin qərarına təsir edib. Argentinalı futbolçunun bu barədə yaxınlarını məlumatlandırdığı bildirilir.

    Leo klub daxilində baş verən hadisələrin tez-tez mətbuata sızmasından və əlaqəsi olmadığı məsələlərdə belə, günahkar kimi göstərilməsindən bezib. Rəhbərliyin uzunmüddətli perspektivdə müntəzəm olaraq qələbələri sıralayacaq komanda qura bilməməsi də 33 yaşlı hücumçunu məyus edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər