Saatlı rayonunda kütləvi etiraz aksiyası - əhali magistral avtomobil yolunu bağladı - VİDEO

Saatlı rayonunda kütləvi etiraz aksiyası - əhali magistral avtomobil yolunu bağladı - VİDEO
  • Sosial, Araşdırma, Asiya TV

  • Saatlı rayonunun bir neçə kəndinin sakinləri etiraz aksiyası keçirir.

    Asiya.az
    xəbər verir ki, Saatlının bir neçə kəndinin sakinləri su problemindən əziyyət çəkdikləri üçün etiraz aksiyası keçirir. Əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub. Sakinlər su problemlərinin həll olunmasını tələb edirlər.

    Daxili İşlər Nazirliyi Saatlı rayonunda bir qrup sakinin su probleminə görə yolu kəsməsi ilə bağlı açıqlama verib.
    Bildirilib ki, "Dərhal hadisə yerinə rayonun polis şöbəsinin əməkdaşları və rayonun digər aidiyyatı qurumlarının rəhbər şəxsləri gəliblər. Sakinlərlə profilkatik söhbətlər aparaılıb, onlardan bir neçə sakin rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilib. Heç bir insident, polisə qarşı müqavimət olmayıb. İctimai asayiş tam bərpa olunub. Yolu bağlamağa cəhdin qarşısı alınıb”.
    PAYLAŞ:

    Oxşar xəbərlər