Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirildi - FOTO

Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirildi - FOTO
  • Siyasət / Manşet

  • Dünən saat 17:00-da Masallı rayon İcra hakimiyyəti başçısı yanında geniş tərkibdə videomüşavirə keçirildi.

    Vidoemüşavirədə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, kənd, qəsəbə və şəhər inzibati ərazi dairələri üzrə nümayəndələri, hüquq-mühafizə orqanları, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi, idarə-müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və imamları da daxil olmaqla ümumilikdə 730 nəfər fəal iştirak edirdi.

    Ərkivan Qəsəbə İnzibati Ərazi Dairəsində videomüşavirəni RİHB-nın Ərkivan qəsəbə üzrə nümayəndəsinin başçılığı ilə, Ərkivan Bələdiyyəsinin sədri, məktəb direktorları, dini icma sədrləri izləyirdi. İzləyicilər arasında mətbuat işçisi, “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədri olaraq mən də vardım.

    Müşavirəni açan Masallı RİH başçısı Şahin Məmmədov koronavirus(COVID-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və xalqımızın yolxucu infeksiyadan az zərərlə çıxması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin davam etdirildiyini bildirdi.

    Ş.Məmmədov xüsusi karantin rejimi müddətində RİH başçısı yayında yaradılmış Operativ Qərərgah tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təxirəsalınmaz işlərin həyata keçirildiyini, yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlərin davam etdirildiyini bildirdi. O qeyd etdi ki,

    “Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış mobil qrup üzvləri tərəfindən yerlərdə izahetmə-xəbərdarlıq işləri davam etdirilib, əhalinin sıx olduğu məkanlarda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Eyni zamanda təbliğat xarakterli plakatlar yapışdırılıb, könüllü gənclərin iştirakı ilə əhali arasında yolxucu infeksiya haqqında maarifləndirici bukletlərin paylanılması təmin edilmiş, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyə və tapşırıqları və sanitar-epidemioloji tələblərlə bağlı məlumatlar dövrü olaraq rayon cra hakimiyyətinin sosial şəbəkə və rəsmi internet saytında yayımlanıb.

    Əhalinin sağlamlığının qorunması məqsədi ilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılıb”.


    Rayon rəhbəri koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə ölkənin bəzi şəhər və rayonlarında, o cümlədən Masallı şəhəri ərazisində xüsusi karantin rejiminin 1 avqust 2020-ci il tarixədək uzadıldığını və bununla əlaqədar bir sıra sərt karantin tədbirlərinin tətbiq edildiyini müşavirə iştirakçılarının diqqətinə çatdıraraq bu tədbirlərin Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun aparılmasını, ərazi üzrə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasını tələb etdi.

    Sonra icra başçısı yeni təyin olunan Masallı rayon Prokuroru Vəli İbrahim oğlu Mustafayevi rayon ictimaiyyəti adından təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov və Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov xüsusi karantin rejimi günlərində şəxsi heyətə xüsusi tapşırıqlarını verdiklərini, xüsusi karantin rejimini pozanlar barədə ciddi tədbirlərin görüləcəyini bildirdilər.

    Videomüşavirədə söz alıb danışanlar dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə və s. əməl etmələrini diqqətə çatdırıblar.

    Videomüşavirədə qeyd olundu ki, evlərdə qadınlardan ibarət məclislərin keçirilməsi müşahidə edilir.
    İcra başçısı bildirdi ki, belə məclislərin qarşısının alınması istiqamətində ciddi işlər həyata keçiriləcək.

    Videomüşavirədə kənd təsərrüfatı işlərinin gedişi, qanunsuz tikililər, təhsil, yay mövsumu ilə əlaqədar meşələrin, əkin sahələrinin yanğından qorunması, suya yaranan ehtiyacı ödəmək üçün mövcud su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmasını tövsiyə edildi.

    Sonda Masallı RİH başçısı Şahin Məmmədov həlli vacib olan məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıqlarını verdi.

    Asiya.az, Cəfər Cəfərov

    Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirildi - FOTO
    Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirildi - FOTO
    Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirildi - FOTO
    Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər