XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...

XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...
  • Siyasət / Araşdırma

  • Azərbaycan balaca dövlətdir. Bununla belə, ən azı dövlət adına görə, hansısa şirkətlə müqayisə edilməyəcək qədər böyükdür...

    Türkiyənin məşhur iş adamlarından mərhum Vehbi Koçun gözəl bir iş prinsipi vardı. Rəhmətlik geniş ailəsi olmasına baxmayaraq, heç bir yaxın qohumunun öz yanında işləməsinə razı deyildi. İş adamının fikrincə, insan əgər qabiliyyətlidirsə, başqa sahələrdə də yüksələ bilərdi və lazım gələrsə ona maddi dəstək də verərdi, fəqət özüylə bərabər eyni şirkətdə işləməsini əsla qəbul etməzdi. Bunu isə “ailə şirkəti” qurmamasıyla izah edərdi. Vəhbi Koçun 1920-ci ildə ticarətlə başlayan uğurunu Türkiyənin ən böyük holdinqinə çevirməsi ilə taclandırmasının altında yatan əsl hikmət də bununla bağlıdır. Get-gedə Koç ailəsinə məxsus şirkətlərin qurulması qısa zaman ərzində böyük bir holdinqin ortaya çıxmasıyla nəticələndi.
    XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...

    Azərbaycan balaca dövlətdir. Bununla belə, ən azı dövlət adına görə, hansısa şirkətlə müqayisə edilməyəcək qədər böyükdür. Di gəl ki, bu ölkədə bütün müəssisələr ailə şirkətinə çevrilib. Kim hansı idarənin başına keçirsə, mütləq həmin müəssisəni öz qohum-əqrəbaları ilə doldurur.

    Başqa müəssisələri yenə başa düşmək mümkündür. Dərd burasındadır ki, xüsusi diplomatik qabiliyyət tələb edən XİN də ailə təsərrüfatına çevrilibmiş. Özü də kim tərəfindən, bilirsinizmi? Yox, yox, əsla düz tapmadınız. Göydə Allah var, Elmar Məmmədyarov nə qədər mürgüləmək mərəzinə yaxalansa da, adam 16 ildən bəridir yata-yata yola verdiyi nazirliyi ailə fərdləriylə işğal etməyib. Nazirin gözünün ağı-qarası iki oğlu var, ikisi də Nyu-York küçələrində sərgərdan həyatı yaşayırlar. Baxmayaraq ki, yaşadıqları evin qiyməti ABŞ-ın ən milyarder iş adamını belə qısqandıracaq səviyyədədir.

    XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...
    Elmar Məmmədyarovun oğlu

    Maraqlı burasıdır ki, XİN-ni ailə şirkətinə çevirənin bu gün DTX tərəfindən göz altına alınan Lamiyə Canəhmədova olduğu bildirilir. Belə ki, Lamiyə xanım nazirliyin maliyyə xidmətinin rəhbəri olduğu kimi, onun həyat yoldaşı Anar Canəhmədov da XİN-in ən yağlı idarəsinə rəhbərlik edir. Söhbət Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika ölkələri üzrə İdarəsindən gedir. Bu, o idarədir ki, Azərbaycanın lobbiçilik fəaliyyətinə hər il on milyonlarla dollar xərcləyir. Təsəvvür edirsinizmi, diplomatik fəaliyyətin ən strateji xətti sayılan bu idarəyə pulu eyni evin xanımı ayırır, evin kişisi isə onun, türklər demiş, icabına baxır. Təbii ki, ABŞ-da və digər Amerika ölkələrində lobbiçilik fəaliyyətinin maliyyələşdirilməsi işini tamamilə ər-arvada tapşırsan, hər şey aydındır.

    Asiya.az xəbər verir ki, ən maraqlı cəhət isə ondan ibarətdir ki, XİN-in ən yağlı iki sektorunu idarə edən ər-arvad həm də ölkə rəhbəri tərəfindən ən çox mükafat alan diplomatlardandır. 2008-ci ildən ötən ilə qədər hardasa hər il “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunan Canəhmədovlar cütlüyünün bu mükafatlara namizədliyini verən isə, təbii ki, nazir Elmar Məmmədyarovdur. Adamın bu işdə marağı nədir, deyə soruşa bilərsiniz. Marağı əlbəttə var. İddialara görə, XİN-nin bütün maliyyəsinin 20%-də ona çatırmış. Özü də təkcə ABŞ-dakı lobbiçilik fəaliyyətindən geri qalanlardan yox, bütün diplomatik qazanclardan. Diplomatik qazanc da nədir, deyirsinizsə, sizə ölkə mətbuatında dərc olunmuş bir yazıdan kiçik bir parçanı nəzərinizə çardırırıq:

    XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...
    “Xarici İşlər Nazirliyi kifayət qədər gəlirli təşkilatdır. Ölkə daxindən tutmuş diplomatik korpusların xaricdəki fəaliyyətlərinə qədər hər bir xidmət ödənişlidir. Vizaların verilməsi, pasport, geri qayıdış şəhadətnaməsi, bəzi müqavilələrin təsdiqi, sənədlərin təsdiqlənməsi və sair. Bir sözlə, səfirlik və konsulluqlar hər gün büdcəyə pul gətirən böyük bir mexanizmidir. Aydınlıq olsun deyə bildirək ki, məsələn, ilin bəzi günlərində Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki konsulluğunda bir günlük daxil olmalar 50 min dolları keçir. Rusiya Federasiyasındakı səfirlik və konsulluqlarımıza ödənilən pullar bəzən bir ayda yarım milyon dollardan çox olur. XİN əsasnaməsinə görə, belə bir qayda var ki, hər bir təşkilat – yəni, səfirlik və konsulluq yığılan məbləğin 20 faizini özündə saxlamalı və 80 faizi dövlət büdcəsinə ödəməlidir. Amma illərdir ki, bu proses baş vermiş. Elmar Məmmədyarov səfirliklərin əldə etdiyi pulları son qəpiyinə qədər alır. Sonra isə həmin pulun 80 faizini dövlət büdcəsinə keçirib 20 faizini faktiki özününküləşdirir. Səfirliklərə də imza atdırır ki, bəs guya bu 20 faiz onda qalıb. Təsəvvür edin ki, bəzən təkcə Batumidəki konsulluqdan aylıq gəliri 100 min dollardan çox olur. Nazirə bununla bağlı uzun illər bir az kobud desək, həyasızlıq edib dirəniş göstərən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. Düz 5 il nazirə xərac verməkdan imtina edib. Lakin sonradan hansısa səbəbdən Bülbüloğlunun hakimiyyət içində dayaqlarının zəifləməsi onun Məmmədyarova tabe olması ilə nəticələnib. O da aylıq 20 faiz “xərac” ödəyir. Bir də bu günə qədər Elmar Məmmədyarova Eldar Həsənov heç zaman haqq verməyib. Hətta Məmmədyarov buna görə iki dəfə Həsənovu şantaj etmək istəsə də, alınmayıb. Hazırda Azərbaycanın Serbiya, Montoneqro, Bosniya və Herseqovinada səlahiyyətli səfiri işləyən Eldar Həsənov bütün şantajların qarşısında səfirliyin gəlirlərini kimsə ilə bölüşmür. Elmar Məmmədyarovun bu məsələyə görə problemi İtalyadakı keçmiş səfir Vaqif Sadıqovla yaranıbmış.
    Bunlardan başqa Məmmədyarov bütün səfir və konsulları divara sıxıb xərac alıb.

    XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...
    Məmmədyarovun illik qazancı

    Təxmini hesablamalara görə, XİN xətti ilə əldə edilən illik gəlir 10 milyon ABŞ dollarıdır. Bunun 20 faizi – yəni, iki milyonu şəxsən Elmar Məmmədyarova çatır. Bu, ortalama rəqəmdi. Neft pullarının pik vaxtında isə Məmmədyarovun gəlirləri illik 3-4 milyon dolları əhatə edirmiş”.

    Sözsüz ki, nazir ona bu qədər böyük pulları qazandıran Canəhmədovlar ailəsini hər il eyni mükafata layiq görməsə, nankorluq etmiş olardı.

    XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü..."Elmin cəngavəri" Əhəd Canəhmədov

    Canəhmədovlar ailəsinin diplomatik uğurunun bir başqa sirri də var. Bu da ailənin ağsaqqalı Əhəd Canəhmədovla əlaqədardır. Anar Canəhmədovun atası Əhəd müəllimin Milli Aviasiya Akademiyasının kafedra müdiri olduğunu desək, bizcə, hər kəsi maraqlandıran ən böyük suala aydınlıq gəlmiş olar. Ovqat.com
    PAYLAŞ:

    Oxşar xəbərlər