Azərbaycanda qatar yük maşını ilə toqquşdu, xəsarət alan var

Azərbaycanda qatar yük maşını ilə toqquşdu, xəsarət alan var
  • Olay

  • Saatlıda qatar avtomobili vurub, bir nəfər ağır xəsarət alıb.

    APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində, Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci km-də qeydə alınıb.

    Dəmir yolunu keçən “ATECO” markalı yük avtomobilini qatar vurub. Nəticədə sürücü ağır xəsarət alıb. Yaralı sürücü qolunun travmatik amputasiyası vəziyyətində təcili təcili tibbi yardımla Şirvan xəstəxanasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər