Vilayət Eyvazov 2 rəisə vəzifə verdi, digərini sərəncama götürdü

Vilayət Eyvazov 2 rəisə vəzifə verdi, digərini sərəncama götürdü
  • Siyasət

  • Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzalayıb.

    Asiya.az
    xəbər verir ki, nazirin əmri ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov vəzifəsindən azad edilərək Biləsuvar rayon Polis Şöbəsinin rəisi təyin edilib.

    Biləsuvar RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub.

    Şamaxı RPŞ-nin rəisi Şahin Mirzəyev isə nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər