Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar
  • Cəmiyyət

  • "Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam”.

    Asiya.az
    xəbər verir ki, bu fikirləri Modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib

    Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

    "Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram”.

    Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər