Azərbaycanın baş epidemioloqu istefa verdi

Azərbaycanın baş epidemioloqu istefa verdi
  • Cəmiyyət

  • İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

    Asiya.az
    xəbər verir ki, bu barədə İ. Ağayev özü bildirib.

    O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

    Səhiyyə Nazirliyi Azərbaycanın baş epidemioloqu İbadulla Ağayevin vəzifədən azad edilməsi ilə bağlı məsələyə münasibət bildirib.

    Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Baş epidemioloq İbadulla Ağayev öz ərizəsi əsasında vəzifəsindən azad edilib:

    "İ.Ağayev Səhiyyə Nazirliyində ictimai əsaslarla çalışırdı. İşdən azad olunması üçün ərizə yazıb. Öz istəyinə uyğun olaraq, tutduğu vəzifəsindən azad olunub. Hələlik həkimin yerinə heç bir təyinat yoxdur”.
    PAYLAŞ:

    Oxşar xəbərlər