Ərkivanda təmir edilən “Kükürdlü Bulaq” istifadəyə verildi – VİDEO/FOTO

Ərkivanda təmir edilən “Kükürdlü Bulaq” istifadəyə verildi – VİDEO/FOTO
  • Sosial / Araşdırma / Asiya TV

  • Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “Kükürdlü bulaq” əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilib.

    Yerli sakinlərin sözünə görə bu bulaq – artezan quyu 1978-ci ildə əhalinin suya olan təlabatını ödəmək məqsədilə qazılıb. Su təxminən 75 metr dərinlikdən çıxır və yay aylarında su axınında olan azalmaları nəzərə almasaq, fasiləsiz axır. Sudan kükürd qoxusu gəldiyi üçün el arasında bu artezan quyuya “Kükürdlü bulaq” deyilir. Su müalicəvi əhəmiyyətli olub, mədə-bağırsaq sisteminə xeyri çoxdur. “Kükürdlü bulaq”-ın suyundan ətirli, dadlı çay dəmlənilir.
    Bulağın suyundan təkcə qəsəbə sakinləri deyil, eləcə də qonşu kənd sakinləri istifadə etmək üçün aparırlar.

    Asiya.az xəbər verir ki, Ərkivan qəsəbəsinin mərkəzində Ərkivan dairəsinin yaxınlığında yerləşən “Kükürdlü bulaq” uzun illər idi ki, baxımsız vəziyyətdə qalmışdı. Suyun axdığı dərəni kol-kos basmış, ətraf zibilliyə çevrilmişdi.
    2020-ci ilin iyun ayında “Ərkivan Xeyriyyə Cəmiyyəti” qəsəbə sakinlərinin dəstəyi ilə bulağı əsaslı təmir edərək, əhalinin istifadəsinə verdi. Hazırda bulaq öz təmizliyi, gözəlliyi ilə göz oxşayır.



    Təmir işlərinə rəhbərlik edən “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədri Cəfər Cəfərov Asiya.az-a danışıb:

    “Təmir edilən bulağın ətrafında illərdir baxımsız qalan 400 m² ərazi zibillərdən, kollardan təmizləyərək abadlaşdırdıq. Həmin sahəyə ağac və gül dibçəkləri əkdik. Bulaq suyunun axdığı dərəni 50 metr boyunca qazaraq dərinləşdirdik. Əsas yoldan bulağa qədər olan məsafəyə işıq xətti çəkərək, ərazini işıqlandırdıq, 50 m² hasara suvaq vurularaq, fasad emusiyası ilə rənglədik. Bulağa qədər olan 25 metr eniş yola mişar daşları ilə pilləkən hördürüb, üstünə tamet daşları düzdürdük. Həmin yol məhəllə arası yol kimi də istifadə edilir. Bulağın suyu yay aylarında azaldığı üçün artezan quyuya əllə işləyən mexniki “nasos” quraşdırmışıq. Bulağın üstündə tikdirdiyimiz abidə-kompleks bəzək daşları ilə üzlənib, üzərinə mərmərdən xatirə lövhəsi bərkidilib.

    Qeyd edim ki, təmir işlərində fəhlələrlə yanaşı könüllülərin də böyük əməyi olub. Bu xeyirxah işin ərsəyə gəlməsində bizə maddi, mənəvi, fiziki olaraq kömək edən hər kəsə Cəmiyyətimiz adından minnətdarlığımı bildirirəm”.

    Ərkivanda təmir edilən “Kükürdlü Bulaq” istifadəyə verildi – VİDEO/FOTO
    Ərkivanda təmir edilən “Kükürdlü Bulaq” istifadəyə verildi – VİDEO/FOTO
    Ərkivanda təmir edilən “Kükürdlü Bulaq” istifadəyə verildi – VİDEO/FOTO

    “Kükürdlü Bulaq”-ın təmirinə çəkilən xərclər və bu işdə köməklik göstərən şəxslərlə bağlı “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin feyzbuk səhifəsində paylaşılan HESABATda tanış ola bilərsiniz.
    PAYLAŞ:

    Oxşar xəbərlər