Canəli Əkbərovun oğlu öldü, xalq artistini oğlunun dəfninə buraxmadılar- FOTO

Canəli Əkbərovun oğlu öldü, xalq artistini  oğlunun dəfninə buraxmadılar- FOTO
  • Cəmiyyət

  • Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.

    Asiya.az
    xəbər verir ki, bu barədə Hacı Nuran sosial media hesabında məlumat yayıb.

    Məlumatda bildirilir ki, Xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib. Buna səbəb səhhətindəki problemlər olub.

    Mərhumun nəşi bu gün səhər saatlarında doğulub boya-başa çatdığı Lənkəran rayonu Tükəvilə kəndinə aparılıb.

    Canəli Əkbərovun qız nəvəsi Günel Əkbərova “MediaPost”a açıqlamasında dayısının qaraciyər çatışmazlığından dünyasını dəyişdiyini bildirib: “Uzun müddət idi, Asəf Əkbərov müalicə alırdı. Son zamanlar müalicəsi ev şəraitində aparılırdı. Həkimlər dayımın qara ciyərinin metastaz verdiyini bildirmişdilər. Dünən axşam qan qusaraq dünyasını dəyişdi”.


    Günel Əkbərova babasının dəfn mərasimində iştirak etmədiyini də açıqlayıb: “Həkimlər babamın dəfn mərasimində iştirakına icazə vermədilər”.

    Qeyd edək ki, aprel ayının əvvəlində Canəli Əkbərovun qardaşı da Rusiyada avtomobil qəzasında həlak olmuşdu.

    Canəli Əkbərovun oğlu öldü, xalq artistini  oğlunun dəfninə buraxmadılar- FOTO


    PAYLAŞ:

    Oxşar xəbərlər