Dünyanın ən zəngin insanı hər gün bir az da varlanır

Dünyanın ən zəngin insanı hər gün bir az da varlanır
  • Dünya / Maraqlı

  • Qlobal səhiyyə böhranı dünyanın ən zəngin insanı Ceff Bezosa düşərli olub. “Amazon” şirkətinin rəhbəri hər gün bir az da varlanır.

    Asiya.az
    xəbər verir ki, şirkətin səhmlərinin dəyərinin artması Bezosa böyük fayda verib.
    Dünyanın ən zəngin insanı hər gün bir az da varlanır
    Ceff Bezos
    Bir səhmin qiyməti 3083 dolları keçib. Bu isə “Amazon”un kapitalının 1.54 trilyon dollara çatması deməkdir.

    Şirkətin səhmlərinin 11.1 faizi Bezosa məxsusdur. Məhz bu amil amerikalı iş adamının sərvətinin 182.6 milyard dollara çatmasına kömək edib.

    Martda “Amazon”un vəziyyəti heç də yaxşı deyildi. Səhmlərin dəyəri 15 faiz aşağı düşmüşdü. Amma onlayn-mağazalara tələbatın artması səhmlərə də 80 faiz dəyər qazandırdı.

    Bezos 2017-ci ilin iyulundan dünyanın ən zəngin insanı adını ələ keçirib. İş adamı təkcə son bir ildə sərvətini 67.9 milyard dollar artırıb.

    Dünyanın ən zəngin insanlarının siyahısında ikinci yerdə Bill Qeyts qərarlaşıb. “Microsoft”un rəhbərinin 115 milyard dolları var.
    PAYLAŞ:

    Oxşar xəbərlər