Böyrək daşı xəstəliyi riskini artıran SƏBƏB

Böyrək daşı xəstəliyi riskini artıran SƏBƏB
  • Maraqlı

  • Yetərsiz maye qəbulu və bədənin susuz qalması böyrək daşının meydana gəlməsinə səbəb olur.

    Asiya.az
    xəbər verir ki, yetərsiz maye qəbulu, rahatlıq səviyyəsini azaltmaqla yanaşı, su çatışmazlığının uzun müddət davam etməsi bir çox xəstəliklərin yaranmasına səbəb olur.

    Maye çatışmazlığı – ağızda quruluq, əzələ zəifliyi və baş ağrısı kimi narahatlıqlarla özünü göstərməyə başlayır. Bu problem uzun müddət davam etdikdə isə təzyiqiniz düşə, huşunuzu belə itirə bilərsiniz.

    Mütəxəssislərin sözlərinə görə böyrək daşı xəstəliyinin ən vacib səbəblərindən biri kifayət qədər maye istehlak edilməməsidir. Bu xəstəlik isə şiddətli ağrılara, müalicə olunmadıqda isə böyrək yetməzliyinə səbəb ola bilər.

    Aparılan araşdırmalara görə kişilərin gündə ən azı 2,5 litr, qadınların isə 2 litr su istehlak etməsi vacibdir. Mütəxəssislər göstərilən miqdarın, şəxsin bədən xüsusiyyətləri və olduğu mühit nəzərə alınmaqla arta biləcəyini də əlavə ediblər. (Nocomment.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər