Canni De Byazinin Azərbaycana gəlişinə nazir kömək edəcək- məşqçinin daha 2 köməkçisi bilindi

Canni De Byazinin Azərbaycana gəlişinə nazir kömək edəcək- məşqçinin daha 2 köməkçisi bilindi
  • İdman

  • Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin Bakıya gəlişinə Xarici İşlər Nazirliyi kömək edəcək.

    Asiya.az
    xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədovun "Report"a verdiyi məlumata görə, bu barədə İK-nın digər üzvü, Xarici İşlər naziri Elmar Məmmədyarov videokonfrans formatındakı iclasda çıxışında bildirib.

    Məmmədovun sözlərinə görə, hazırda Azərbaycana giriş-çıxış asan deyil: "Bu, həddindən artıq çətindir. Bütün belə məsələləri Nazirlər Kabineti yanında Operativ Qərargah tənzimləyir. İlk növbədə və xüsusilə əcnəbilərin gəlməsi çətindir. Ona görə bu məsələ Operativ Qərargah səviyyəsində ciddi müzakirə olunacaq. Çalışacağıq ki, razılığa gəlsək, bunun həlli yolu tapılsın".

    İK üzvü italiyalı mütəxəssisin özü ilə məşqçilər gətirməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.

    Qeyd edək ki, COVID-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalanacaq. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdiriləcək (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə). Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunub.

    AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

    Benni Karbone və Klaudio Beluççi də yığmamın məşqçilər korpusunda yer alacaq.

    Karbone son olaraq 2017/2018 mövsümündə yerli "Krotone"də köməkçi məşqçi işləyib. Beluççinin son klubu isə "Albissolo" (2018/2019) olub.

    Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilir.

    AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər