“Əsgəri döyüb, suya atıblar və boğublar” - Dayısı

“Əsgəri döyüb, suya atıblar və boğublar” - Dayısı
  • Manşet / Olay

  • Quba rayonunun Üçgün kəndinin sakini, Dövlət Sərhəd Xidmətinin əsgəri Fərdi Namik oğlu Yarəliyəv iyulun 8-də xidmət zamanı ölüb.

    Asiya.az
    xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilir ki, əsgər Alazan çayında çimərkən boğulub və ölüb. Eyni zamanda, əsgərin başından vurularaq öldürülməsi haqda kütləvi informasiya vasitələrində və bir sıra sosial şəbəkələrdə yayılan məlumatlar yalandır.

    Hadisə ilə bağlı mərhumun dayısı Xamiz Yarəliyev Baxar.az-a açıqlama verib. O bildirib ki, Fərdi Namik oğlu Yarəliyəv öz əsgər yoldaşı Anar Bağırov ilə dalaşıb. Xamiz Yarəliyev iddia edir ki, ağır yaralanmış əsgəri daha sonra çaya atıblar və suda boğublar. Əsgərin dayısı əlavə edib ki, Anar Bağırov polkovnik rütbəli şəxsin yaxın qohumudur.

    Baş Prokurorluq Fərdi Yarəliyevin öldürülməsi xəbərini təkzib edib və bu barədə yazan media orqanlarına xəbərdarlıq edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər