“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov- Foto

“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov- Foto
  • Sosial

  • Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının koronavirusa yoluxmuş şöbə müdiri Cavid Paşayevin vəziyyəti ağırdır.

    Asiya.az
    xəbər verir ki, bunu Modern.az-a açıqlamasında xəstənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib.

    R.Mahmudov təəssüflə qeyd edib ki, xəstəliyin dinamikası mənfiyə doğru gedir:

    "Buna baxmayaraq, bütün lazımi tədbirlər görülür. Cavid Paşayevin ECMO cihazına qoşulması müzakirə edilir. Vəziyyətdən asılı olaraq, xəstənin cihaza qoşulmasına bu gün qərar veriləcək”.

    “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov- Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər