Surət Hüseynov barədə İLGİNC MƏQAMLAR - Onun indiki hakimiyyətə kini daha çoxdur

Surət Hüseynov barədə İLGİNC MƏQAMLAR - Onun indiki hakimiyyətə kini daha çoxdur
  • Siyasət / Manşet

  • Surət Hüseynov devirdiyi AXC iqtidarına kinli, onu həbs edən hökumətə isə susqundu.

    Asiya.az
    Konkret.az-a istinadən xəbər verir ki, Surət Hüseynovun məlum müsahibəsi Azərbaycan siyasətində yeni mübahisə yaradıb. Qiyamçı polkovnik müsahibəsində Elçibəy iqtidarının təmsilçilərini ağır formada tənqid edib. O, AXC iqtidarı ünvanına bir çox ittihamlar səsləndirib. Onun bu iddia və ittihamlarına Elçibəy iqtidarı dönəmində yüksək vəzifələrdə təmsil olunmuş şəxslər cavab verib.

    Amma maraqlıdır ki, qiyamçılarıyla (Surət Hüseynov bu dövləti cinayətdə tək olmayıb-red.) Əbülfəz Elçibəy iqtidarı təmsilçiləri arasında savaş, söz dueli 27 ildir səngimir. Qiyamçılar iyun hadisələrindən sonra hakimiyyətə gəlmiş qüvvə ilə yox, AXC iqtidarı təmsilçiləri ilə barışmaz mövqedədilər. Halbuki məsələn, Surət Hüseynov Elçibəy iqtidarı zamanı yox, hazırkı hakimiyyətin dövründə uzun illər həbsdə yatıb. Yenə də ağzını açanda o, Elçibəyi, onun komanda yoldaşlarını yamanlayır.

    Bəs nədən Surət Hüseynovun hədəfində ancaq Elçibəy iqtidarıdır? İndiki hakimiyyət onun gözünün odunu alıb, ondanmı?

    Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, son günlər milli hökumətə qarşı silahlı qiyam qaldıran Surət Hüsyenovun açıqlamaları ilə gündəmə gəlməsi əsasən müəyyən siyasi proseslərdən qaynaqlanır. 27-il bundan əvvəl olduğu kimi Sürət Hüsyenov yenə də kimlərinsə sifarişi ilə ortaya çıxıb danışır. M.Əsədullazadənin sözlərinə görə, S.Hüseynov müstəqil hərəkət etmir, Elçibəy iqtidarına qarşı bu kimi təhdid dolu çıxışları təsadüfi deyil: “O zaman da kənardan olan sifarişlə hərəkət edirdi, indi də sifarişlə məhz 27 il əvvəl devrilməsinə səbəb olduğu hakimiyyəti hədəfə alıb.

    Elçibəy iqtidarı Surət Hüseynova xeyli imtiyazlar vermişdi. Halbuki bu səhv addım idi. Çünki Sürət Hüseynov buna layiq olmamaqla yanaşı, heç savadı və siyasi qabiliyyəti də ona çatmırdı. Nəticədə belə bir səhv addım Elçibəyin devrilməsi ilə sona çatdı. Surət Hüseynovun indiki davranışları da göstərir ki, bu şəxs Azərbaycan dövləti və xalqı üçün arzuolunmayan şəxsdir. O, indiki iqtidara qarşı kəskin hücuma keçməsə də, əslində, indiki iqtidara da düşmən kimi münasibət bəsləyir və bu hakimiyyət üçün xaricdə oturdulan təhlükələrdən biridir. Sadəcə olaraq, indiki iqtidara qarşı kinini müəyyən planlarının həyata keçməsi üçün mümkün qədər gizlətməyə çalışır”.

    Politoloqun sözlərinə görə, Surət Hüseynovun Qarabağda müharibəyə qatılması və hərbi əməliyyatlarda iştirak etməsi sonradan hakimiyyəti zəbt etmək məqsədi daşıyıb. Onun indi yenidən fəallaşması da müəyyən proseslərdən xəbər verir: “Bir məsələni qeyd edim ki, SSRİ dağıldıqdan sonra hakimiyyətə gələn milli qüvvələr çox qısa zamanda hakimiyyətdən getdi. Çünki, bu qüvvələr ölkəni gərginlikdən və xaosdan çıxarmaq iqtidarında deyildi. Gürcüstanda, Ermənistanda, Baltikyanı ölkələrdə, həmçinin Ukrayna və Belarusda da eyni vəziyyətlə müşayiət olundu. Milli qüvvələr devrildi. Azərbaycanda bunu Surət Hüseynovun əli ilə etdilər. İndi durub Hüsyenovun 27 ildən sonra danışması sadəcə çox mənqtiqsizdir. Heç də bu, ona qarşı müsbət imic formalaşdırmayacaq. Onun hələlik iqtidara qarşı çıxmaması əsasən həbsdən çıxarkən öhdəlik götürməsi ilə də bağlıdır. Əlbəttə ki, o qorxusundan hakimiyyətə bir söz deyə bilmir. Surət Elçibəy iqtidarına söz atmaqla siyasətə gəlmək və siyasətə gəlişinə hakimiyyətin mane olmamsına nail olma istəyir. Lakin dediyim kimi, o, indiki iqtidara kinlidir və bu iqtidara təhlükədir. Bunu hər halda hakimiyyət dəqiq bilir. Surət Hüseynov indi də xarici dairələrə, xüsusilə Rusiyaya bağlı şəxsdir. Onun məqsədi ölkədə siyasi çaxnaşma yaratmaqdır. Ümumiyyətlə Surət Hüseynovun ortaya çıxması təhlükəli gediş olsa da, Azərbaycan xalqı onu bağışlamayıb. Siyasi fəaliyyətə cəhd eləsə belə, xalqdan dəstək alması mümkün deyil”.

    Politoloq Əhəd Məmmədli isə bildirdi ki, Surət Hüseynov və azsaylı tərəfdarları həm boşluqdan 27 il əvvələ qayıdıblar, həm də ola bilsin siyasi fəaliyyətə keçmək niyyətləri var. Lakin cəmiyyətin onlara marağı yoxdur: “27 il bundan əvvəl nə olub, artıq heç kəsə maraqlı deyil. Xüsusən də gənc nəslə. Bütün dünya irəliyə baxır, biz isə hələ o vaxtlarda qalmışıq. Fakt odur ki o vaxt hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələrin sayəsində biz Qarabağı itirdik. İndi 27 ildən sonra bu adamların durub bir-birləri ilə haqq-hesab çəkməsi şəxsən mənim üçün maraqlı deyil, məndə ironiya doğurur, ikrah hissi yaradır.

    Adama deyərlər, cavanlıq vaxtlarında siz bu ölkə üçün nə etmisiz ki, indi nə edəsiz? Heç nə. Sürət Hüseynovu vaxtında qanunla cəzalandırmaq lazım idi. İndi durub “Sürət, sən beləsən, eləsən” deməyin də heç bir mənası yoxdur. Surət Hüseynov indiki iqtidara ona görə hücum etmir ki, siyasətə gələrsə, qarşısı alınmasın. Lakin yanılır. Sürət Hüseynov qiyamla Azərbaycana elə bir zərbə vurdu ki, torpaqlarımızın bir hissəsini itirdik. Azərbaycan xalqı bunu unutmayıb”.
    PAYLAŞ:

    Oxşar xəbərlər