Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar - Məcburi Köçkünlər Prezidentdən imdad diləyir - İCRA HAKİMİYYƏTİ AÇIQLAMA VERDİ

Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar - Məcburi Köçkünlər Prezidentdən imdad diləyir - İCRA HAKİMİYYƏTİ AÇIQLAMA VERDİ
  • Sosial / Araşdırma / Asiya TV

  • Sabunçu rayonunda vətəndaşların incidilməsi, bir çox hallarda haqsızlıqla üz-üzə qoyulması halları davam edir.

    Rayon rəhbərliyi harada boş torpaq sahəsi, həmçinin bir qədər köhnə bina görür ona göz tikir. Və bu minvalla sakinləri evlərindən didərgin salır. Bu zaman isə ciddi narazılıqlar baş qaldırır. Növbəti belə narazlıqlardan biri də, Sabunçu rayon Muxtarov qesebesi 9-cu medende yerleshen 148 sayli Mənzil İstismar Sahəsinin balansinda olan binada yaşanır.

    Vətəndaşların bildirdiyinə görə İcra başçısı Adil Vəliyevin işçiləri insanların evini öz adlarına özəlləşdirir.
    Asiya.az xəbər verir ki, bunu , “Gündəlik Bakı” ya müraciət edən Sabunçu rayonunda yaşayan məcburi köçkünlər bildirir. Onlar qeyd edirlər ki, yaşadıqları binada yerli sakinlərlə yanaşı , 10 ailə məcburi köçkün yaşayır. Binanı Sabunçu Rayon İcra Hakimiyyətinin tapşırığı ilə özəlləşdirib yerli sakinləri köçürtməklə mənzilləri öz adlarına özəlləşdiriblər, və binanın sakinlərinə isə Zabratda tikilən binada ev veriblər. Məcburi köçkülərin yaşadığı mənzilləri isə 148 saylı Mənzil İstismar Sahəsinin rəhbərliyinin əli ilə öz qohumlarının adına keçirib qara işlər görürlər. 148 saylı Mənzil İstismar Sahəsinin müdiri İlqar müəllimin göstərişi ilə məcburi köçkünlərə təsir edilir ki, mənzilləri boşaltmasanız hamınızı aparıb yataqxanalarda yerləşdirəcəyik.

    Məsələ ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon üzrə sektorunun rəisi Qasımov Tural Zakir oğlu ilə əlaqə saxlasaqda meselenenin onlara aidiyyatı olmadığını söylədi.Məsələ tam aydındır ki bu icra başçısı Adil Vəliyevin və 148 saylı Mənzil İstismar Sahəsinin müdiri İlqar Qasımovun oyunudur.Məsələ Pandemiyanın baş qaldırdığı bu çətin dönəmdə büdcədən milyonlarla pul silməkdir.



    Məsələ ilə bağlı Sabunçu Rayon İcra hakimiyyəti tərəfindən Asiya.az-a aşağıdakı açıqlama verilib.

    “Sabunçu rayonu Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi, ev 28, 11-ci Mədən küçəsi, ev 14 və 12-ci Mədən küçəsi, ev 45 ünvanlarında yerləşən yaşayış binaları 1901-1904-cü illərdə Nobel qardaşları tərəfindən mədən zonasında inşa edilmişdir və uzun illər boyu heç bir təmir işləri aparılmadığından yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, 2 mənzilin isə daşıyıcı konstruksiyaları uçmuşdur.

    Qeyd olunan binaların mövcud vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən qəzalı vəziyyətdə olmaları barədə 2015-ci ilin oktyabr ayında müvafiq aktlar tərtib edilmişdir.
    Bu binalarda yaşayan sakinlərin həyatı üçün təhlükəni nəzərə alaraq, 2020-ci ildə onların köçürülməsi gündəmə gəlmişdir və Bakı Şəhər İcra Hakimiyyəti Başçsının 89 saylı 04.05.2020-ci il tarixli Sərəncamına əsasən binalarda yaşayan sakinlərin köçürülməsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.
    Sökülməsi nəzərdə tutulmuş binalardan köçürülən sakinlərə nəğd formada kompensasiyaların verilməsi praktikası göstərir ki, onların əksəriyyəti əldə olan vəsaitə heç bir hüquqi sənədi olmayan, mədən və digər yaşayış üçün nəzərdə tutulmayan, müvafiq kommunal infrastrukturu olmayan ərazilərdə “gecəqondu” adlanan evlərin alınmasına üstünlük verir. Bu səbəbdən də Rayon İcra Hakimiyyətinə köçürülən ailələrə Mənzil-Tikinti Kooperativləri tərəfindən rayon ərazisində yeni inşa edilən binalarda əvvəlki sahələrindən 15-20 faiz artıq sahələri olan tam təmirli mənzillərlə təmin olunması tapşırılmışdır.

    Artıq bu binalarda yaşayan ailələrlə Mənzil-Tikinti Kooperativi arasında Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6 ünvanında inşa edilən çoxmərtəbəli binada müvafiq mənzillərin alınması haqqında müqavilələr bağlanmışdır, çoxmənzilli yaşayış binasının tikintisi başa çatmaq üzrədir və ilin sonuna qədər həmin ailələri binada məskunlaşdırılması planlaşdırılır.

    Qeyd olunan binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsinin Bakı Şəhər və Sabunçu Rayon İcra Hakimiyyətlərinin səlahiyyətləri xaricində olduğunu və bu məsələnin həllinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, tərəfimizdən 9 iyun 2020-ci ildə 6/269 saylı məktubla Komitəyə müraciət olunmuşdur. Əldə edilmiş məlumata əsasən, məcburi köçkün ailələrinin Komitə tərəfindən “Qobu Park-3” yaşayış kompleksinə köçürülməsi nəzərdə tutulub. Qeyd olunan məsələnin həlli uzandığı halda, məcburi köçkün ailələrinin bu günə kimi məskunlaşdıqları binalarda gücləndirmə işləri aparıldıqdan sonra, işğal edilmiş torpaqlar azad olunana qədər həmin evlərdə yaşamaqları təmin olunacaq.
    Qeyd olunan məsələ ilə əlaqədar “Gündəlik-Baku”.com saytında dərc olunmuş material qeyri-real faktlara söykənir və tam əsassızdır. Bütün bunlar dövlət orqanlarının fəaliyyətinə qərəzli və bilərəkdən kölgə salmaq, əhalinin dövlət qurumlarına olan etibar və inamına zərbə vurmaq cəhdindən başqa bir şey deyil”.
    PAYLAŞ:

    Oxşar xəbərlər