Məşhur aktrisa və qızı koronavirusa yoluxdu

Məşhur aktrisa və qızı koronavirusa yoluxdu
  • Dünya / Mədəniyyət

  • Hindistanlı aktrisa və 1994-cü il "Dünya gözəli” seçilmiş Ayşvariya Ray və qızı Aaradxiyudan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

    Asiya.az
    xəbər verir ki, bunu aktrisanın həyat yoldaşı Abhişek Baççan bildirib.

    "Onlar karantini evdə keçirəcəklər. Ailəmin digər üzvləri, o cümlədən anamın testi mənfi nəticə verib. İstəklərinizə və dualarınıza görə hamınıza təşəkkür edirəm”.

    Bundan əvvəl, Abhişek Baççanın atası, Bollivud aktyoru Amitabh Baççanın da koronavirusa yoluxduğu bildirilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər