General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq

General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
  • Sosial / Manşet

  • Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov iyulun 15-də dəfn olunacaq.

    Asiya.az
    xəbər verir ki, general-mayor Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

    Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

    Şəhid Həşimov aprel döyüşlərində də iştirak edib, həmin döyüşlərin qəhrəmanlarından biri hesab edilir.

    Məlumata görə, şəhid general-mayor Qəbələ rayonunun Vəndam kəndində anadan olub, Sumqayıtda yaşayırmış.

    O, 2019-cu ildə Prezidentin imzaladığı sərəncamla general-mayor rütbəsi ilə təltif edilib.

    Bu hal Azərbaycan Ordusunda generallarla əsgərlərin bir cərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq edir. Bir daha sübut olundu ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, doğma torpağını müdafiə etmək üçün öz canını hər an qurban verməyə hazırdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər