Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR

Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
  • Cəmiyyət

  • Bu gün Asiya İnformasiya Agentliyin təsisçisi, “Asiya.az” xəbər portalının baş redaktoru, “Asiya Hüquqi Yardım Mərkəzi”-nin direktoru, “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədri Cəfər Məzahir oğlu Cəfərovun doğum günüdür.

    Cəfər Cəfərov 15 iyul 1985-ci ildə Masallı rayonu, Ərkivan kəndində dünyaya gəlib.
    1992-ci ildə Cəfər Cabbarlı adına Ərkivan kənd 1 saylı orta məktəbində 1-ci sinifə gedib.
    1997-ci ildə 6-cı sinifdə oxuyarkən uzun sürən fasilədən sonra lisey kimi fəaliyyət göstərən “Ağ məktəb”-də təhsilini davam etdirib.
    2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” fakultəsinə qəbul olur. 2007-ci ildə həmin universitetin məzunu olur.
    2007-2008-ci illərdə ilk 9 ayını Hərbi Dəniz Qüvvələrinin “Radio Elektron Kəşfiyyat Qovşağı”-nda Radiotelefon ötürmələrin Radiotutması və pelenqləşməsi üzrə operator matros, son 3 ayını isə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kursant olaraq hərbi xidmət keçib.
    Hərbi xidmətdən sonra özəl sektorda briqadir, audit, mühasib kimi müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə ölkələr arası tranzit yük daşınmasını təmin edən “Burovar” MMC-ni təsis edir və şirkətin baş direktoru olur.
    Cəfər Cəfərov tələbəlik illərindən başlayaraq müxtəlif qəzet və xəbər portallarında müxbir, redaktor, baş redaktorun müavini kimi vəzifələri icra edib.
    Jurnalist fəaliyyəti ilə əlaqəli onlarla Beynəlxalq və yerli təşkilatların treninqlərində təlim keçib, sertifikat alıb.
    30 oktyabr 2014-cü ildə müstəqil informasiya siyasəti həyata keçirən media qurum - Asiya İnformasiya Agentliyini təsis edir və həmin gündən Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yenilikləri, regionda, eləcə də dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdıran “Asiya.az” xəbər portalının baş redaktor vəzifəsində çalışır.
    2015-ci ilin yanvar ayında Cəfər Cəfərov doğulduğu Ərkivanı qəsəbəsini bütün dünya ilə tanış etmək məqsədilə ensiklopedik tanıtım saytı yaratmaq qərarına gəlir. Bu istəyin nəticəsi olaraq qısa zamanda İT mütəxəsisi Tural Rəsulzadənin əməyi nəticəsində “Arkivan.az” saytı ərsəyə gəlir. Saytda Ərkivan qəsəbəsinin tarixi, coğrafiyası, mədəniyyəti, təhsili, səhiyyəsi, alimləri, din xadimləri, xeyriyyəçiləri, idmançıları, və sair haqqında ətraflı məlumat almaq olar.
    Cəfər Cəfərov həmdə Feyzbuk sosial şəbəkəsində Ərkivan qəsəbəsinin tanınmış şəxsiyyətləri haqqında məlumatlar paylaşılan “Ərkivan” səhifəsinin adminidir.
    Cəfər Cəfərov 2019-cu ilin noyabr ayının 12-də, Azərbaycan Respublikasının konstitusiya günündə doğma Masallı rayonunda və ətraf rayon sakinlərinin marifləndirilməsi, üzləşdiyi problemləri aidiyatı qurumlar qarşısnda qaldırılması və ictimailəşdirilməsi məqsədilə “Asiya Hüquqi Yardım Mərkəzi”-ni qurur. Onun direktoru olduğu Hüquqi Yardım Mərkəzində vətəndaşlar peşəkar hüquqşünaslardan hüquqi məsləhətlər və məlumatlar ala bilərlər.

    Cəfər Cəfərov həm də ictimai fəal, xeyriyyəçidir.
    8 may 2019-cu il tarixində Cəfər Cəfərovun təşkilatçılığı ilə Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumların asudə vaxtlarını səmərəli keçirib, mariflənmələri üçün “Məhkuma kitab payı” adı aksiya keçirilir. Tanınmış yazıçılar, millət vəkilləri, KİV nümayəndələrinin iştirakı ilə keçirilən aksiya-görüşdə məhkumlar üçün 500-dən artıq müxtəlif növ kitab hədiyyə aparılır.
    2019-cu ilin sentyabr ayında Ərkivan qəsəbəsində şəhid Mahir Binyatovun adını daşıyan küçənin təmirilə bağlı Cəfər Cəfərovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanlanladığı müraciət əsasında sözgedən küçəyə qum-çınqıl materialı verilərək qreyderlə hamarlanma işləri aparılıb.
    8 aprel 2020-ci ildə Pandemeyanın tuğyan etdiyi bir zamanda, karantin günlərində öz həmkəndlilərinin imdadına çatmaq məqsədilə Ərkivan qəsəbəsinin fəal ziyalılarının iştirakı ilə “Ərkivan Xeyriyyə Cəmiyyəti” təsis edilir. “Ərkivan Xeyriyyə Cəmiyyəti” idarə heyətinin ilk iclasında Cəfər Cəfərov Cəmiyyətə sədr seçilir.
    “Ərkivan Xeyriyyə Cəmiyyəti” qısa müddət ərzində Ərkivan qəsəbəsində 400-dən artıq aztəminatlı ailəyə müxtəlif növ ərzaq yardımı, eləcədə tibbi ləvazimat, paltar və s. paylanılmasını təşkil edib.
    2020-ci ilin iyun ayında “Ərkivan Xeyriyyə Cəmiyyəti” qəsəbənin mərkəzi hissəsində Ərkivan dairəsinin yaxınlığında yerləşən uzun illər baxımsız vəziyyətdə qalan “Kükürdlü bulaq”-ı və onun ətraf ərazisini əsaslı təmir edərək əhalinin istifadəsinə verib.

    Biz də, “Asiya.az” ailəsi olaraq baş redaktorumuz Cəfər Cəfərovu doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində daim uğur arzu edirik!
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR
    Cəfər Cəfərov üçün özəl gün - FOTOLAR

    PAYLAŞ:

    Oxşar xəbərlər