İqbal Ağazadə Azərbaycan Xalq Cəbhəsinin yaranışının 31 illiyi münasibətilə təbrik etdi

İqbal Ağazadə Azərbaycan Xalq Cəbhəsinin yaranışının 31 illiyi münasibətilə təbrik etdi
  • Sosial

  • "1988-ci ildə SSSRidə başlayan proseslər nəticəsində Azərbaycanda da Xalq Hərəkatı vüsət almağa başladı və ilk təşkilat olaraq, Azərbaycanın bütün işıqlı, azadlıqsevər insanları Azərbaycan Xalq Cəbhəsi Təşkilatı adı altında birləşdilər. Təşkilat 1989-cu ilin iyulun 16-da Nazirlər Kabinetinin qərarı ilə rəsmi qeydiyyatdan keçib.

    Azərbaycan Xalq Cəbhəsinin Azərbaycanın Müstəqilliyinin bərpasında, o cümlədən torpaqlarımızın qorunması istiqamətində çox böyük əməyi olub.

    Belə ki, çoxsaylı batalyonlar formalaşdırıldı, könüllülər cəbhə bölgəsinə göndərildi, o cümlədən siyasi mübarizənin önündə olan bu təşkilat müstəqilliyimizin bərpasında, onun elan olunmasında da kifayət qədər ciddi xidmətlərə malik oldu.

    1995-ci ilədək Azərbaycan Xalq Cəbhəsi ictimai-siyasi təşkilat kimi fəaliyyət göstərsə də, 1995-ci il parlament seçkiləri öncəsi Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi qeydiyyatdan keçdi. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Təşkilatının sıralarından çıxmış, başqa-başqa partiyalarda birləşmiş insanların hamısı faktiki olaraq, Xalq Cəbhəsinin varisi hesab oluna bilər.

    Təşkilatın ilk iclasında onun rəhbəri seçilmiş və vəfatına qədər təşkilatın rəhbəri olmuş mərhum prezident Əbülfəz Elçibəyin ruhunu sayğı ilə anır, bu gün təşkilat kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasını və Xalq Cəbhəsindən törəmiş, özünü Xalq Cəbhəsinin varisi hesab edən bütün təşkilatları, Xalq Hərəkatında iştirak edən bütün insanlarımızı Azərbaycan Xalq Cəbhəsinin yaranışının 31 illiyi münasibətilə təbrik edir, mübarizəmizdə uğurlar, Azərbaycanın demokratikləşməsi istiqamətində birlik, bərabərlik arzulayıram".

    İqbal Ağazadə

    Ümid Partiyasının sədri
    PAYLAŞ:

    Oxşar xəbərlər