Tovuz cəbhəsində döyüşlər yenidən başladı - RƏSMİ

Tovuz cəbhəsində döyüşlər yenidən başladı - RƏSMİ
  • Araşdırma / Cəmiyyət

  • İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
    Məlumatda deyilir ki, eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. "Mülki əhali arasında xəsarət alan yoxdur. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    İctimaiyyətə əlavə məlumat veriləcək".
    PAYLAŞ:

    Oxşar xəbərlər