Ermənilərin xüsusi təyinatlıları məhv edilib, meyitlər qayalıqda qalıb

Ermənilərin xüsusi təyinatlıları məhv edilib, meyitlər qayalıqda qalıb
  • Dünya / Asiya TV

  • "Ermənilərin hazırda qayalıqların arxasında 20-dək xüsusi təyinatlı əsgərinin meyiti qalıb. Hazırda həmin meyitlərin ərazidən çıxarılması üçün düşmən tərəfi döyüş aparır".

    Asiya.az
    xəbər verir ki, bu barədə İTV-nin cəbhə bölgəsindən xəbər verən jurnalisti Heydər Mirzəyev məlumat verib.

    Jurnalist hərbi mənbələrə istinadən bildirib ki, Tovuz rayonu istiqamətində yerləşən postu ələ keçirməyə cəhd edən erməni hərbçiləri ciddi itki verib. Həmin mövqeyi ələ keçirə bilməyən düşmənin xüsusi təyinatlıları məhv edilib. Öldürülən hərbçilərin meyitləri hələ də qaylıqların arxasında qalıb.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, iyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilib. Döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, bir zirehli texnikası, bir radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

    Ətraflı videonu təqdim edirik:

    PAYLAŞ:

    Oxşar xəbərlər