Rəşad Mahmudov Bəhram Bağırzadənin son vəziyyətini açıqlayıb

Rəşad Mahmudov Bəhram Bağırzadənin son vəziyyətini açıqlayıb
  • Cəmiyyət

  • “Bəhram Bağırzadənin vəziyyəti yaxşıdır”.

    Asiya.az
    xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini t.e.d. Rəşad Mahmudov deyib. O həmçinin bildirib ki, B.Bağırzadənin əhval-ruhiyyəsi yaxşıdır:

    “Öz tənəffüsü bəs edir. Hələ ki, reanimasiyadadır”
    ,- deyə o əlavə edib.

    Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

    Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

    EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

    İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.

    Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər