Avropanın “qızlar kəndi”ndə oğlan uşağı doğulub - VİDEO

Avropanın “qızlar kəndi”ndə oğlan uşağı doğulub - VİDEO
  • Maraqlı / Asiya TV

  • Polşanın Opole şəhərindən 57 kilometr məsafədə yerləşən Mieşe Odrjanskie kəndində qadınların sayı kişilərdən xeyli çoxdur. Çünki burada illərdir yalnız qız doğulurdu.

    Asiya.az
    xəbər verir ki, Mieşe Odrjanskiedə 10 ildən sonra oğlan uşağı dünyaya gəlib. Anna Milek kənd camaatını sevindirib.

    Mieşe Odrjanskie yanğınsöndürmə idarəsinin rəhbəri Tomaş Qolaş deyir ki, illərdir qadınlarla işləməyə məhkumdur. Çünki kişi əməkdaş tapmaq asan məsələ deyil.

    Anna Milek deyir ki, hələ xəstəxanada onunla ciddi maraqlanmağa başlayıblar. Elə belə iş deyil, kəndin yeni sakini oğlan uşağıdır. Bartoş bütün kənd üçün böyük sevincə səbəb olub. Kənd sakini Yoanna Palka-Obrusnik buna görə çox dua etdiklərini bildirir.

    Mieşe Odrjanskienin bələdiyyə sədri Raymund Frişko böyük sürprizlə üzləşdiklərini söyləyib. O, sakinlər qarşısında Anna Milekə 1500 zlotı (382 dollar) təqdim edib. Bələdiyyə sədri deyir ki, Bartoş doğulandan yalnız yaxşı xəbərlər gəlir. Kəndin sosial vəziyyəti xeyli yaxşılaşıb.

    Bartoş sakit uşaqdır. Bacısı Lena Milek də sürprizə görə özünü xoşbəxt hiss edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər