Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı - VİDEO

Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı - VİDEO
  • İdman / Asiya TV

  • Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərovun bildirdiyinə görə, o, vaxtilə güləşlə məşğul olub və bir neçə dəfə erməni idmançılarla qarşılaşıb:

    “1987-ci ildə – 16 yaşımda klassik güləş üzrə yeniyetmələrin SSRİ çempionatının finalında erməni idmançısı ilə qarşılaşmışam. Onu 15:4 hesabı ilə məğlub etmişdim. Bundan bir il sonra Qubadlıda sərbəst güləş üzrə Azərbaycan çempionu oldum.

    O vaxt yunan-Roma güləşçiləri sərbəst güləş yarışlarında iştirak edə bilirdi. Bu yarışdan sonra Volqoqrada getdim. Orada da erməni idmançısını məğlub etdim. Nə məsələdirsə, o vaxtlar ermənilərlə tez-tez üz-üzə gəlirdim”.

    Sonda Azad Əsgərovun Aqon Akopyanla qaydasız döyüşdə qazandığı qələbəni diqqətinizə çatdırırıq:

    Qeyd edək ki, Azad Əsgərov MMA-da, rəsmi statistikaya görə, 26 döyüş keçirib. O, bunlardan 17-də qalib gəlib, iki görüşdə heç-heçə qeydə alınıb. (Oxu.Az)

    PAYLAŞ:

    Oxşar xəbərlər