Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR

Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR
  • Siyasət / Araşdırma

  • 71 saylı Masallı kənd seçki dairəsindən Milli Məclisə deputat seçilən Anar İsgəndərov iyul ayının 19-da Masallı rayonunda bir sıra görüşlər keçirib.

    Asiya.az
    xəbər verir ki, millət vəkili Anar İsgəndərov bu gün səhər saatlarında Masallı rayonunun Böyük Kolatan kəndi ilə Bala Kolatan kəndini birləşdirən 350 metrlik yolda görülən əsaslı təmir işlərindən sonra həmin yola baxış keçirib.
    Millət vəkilinin təşəbbüsülə təmirinə başlanan yol kənd xeyriyyəçilərinin, fəalların köməyilə qısa bir zamanda istifadəyə verilib.
    Görüş zamanı təmir işlərinə rəhbərlik etmiş Rauf Cəbiyev bildirib ki, həmin yoldan digər kəndlərin əhalisidə istifadə edir. “Yol eniş- yoxuşlu və sürüşməyə meyilli olduğundan dəfələrlə cari işlərin görülməsinə baxmayaraq, uzun ömürlü olmayıb. Əvvəllər yolun eni 3.5 metr olaraq avtomobillərin hərəkətində maneələr yaradıb. Yol kənarında yaşayan ev sahiblərinin öz istəyi ilə çəpərlər sökülərək yenisi ilə əvəzlənib və yol 7 metrədək genişləndirilib. Ətrafda abadlıq işləri aparılıb, yolun hərəkət hissəsinə asvalt örtüyü döşənib”.
    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR
    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR

    Sonra kənd sakinlərinin dəvəti ilə millət vəkili kənd ərazisindən keçən çayın qış aylarında daşaraq yolda maneə yaratdığı yerə gedib.
    Sakinlər bildiriblər ki, “Payız, qış aylarında çayın suyu daşaraq yolun hərəkət hissəsində məhdudiyyətlər yaradır. Həmin ərazidə çayın üstünə yeni körpü inşa edilməsinə ehtiyac var”.

    Millət vəkili ərazi ilə tanış olaraq sakinlərə yeni körpü tikmək üçün öz tövsiyyələrini verib.
    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR
    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR

    Millət vəkili sonra rayonun ən böyük yaşayış məntəqəsi olan Ərkivan qəsəbəsində “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin əsaslı təmir etdirdiyi “Kükürdlü bulaq”-la tanış olub. “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədri Cəfər Cəfərov məlumat verərək bildirib ki, “Koronavirus pandemiyasının tuğyan etdiyi bir vaxtda millət vəkili Anar İsgəndərovun təşəbbüsü ilə təsis edilən “Ərkivan Xeyriyyə Cəmiyyəti” qısa bir zamanda 400-dən çox ailəyə 15.000 manata yaxın ərzaq yardımı edib.
    “ “Ərkivan Xeyriyyə Cəmiyyəti” qəsəbənin mərkəzi hissəsində uzun illərdir baxımsız qalan “Kükürdlü bulaq”-ı əsaslı təmir edib, bulağın ətrafında illərdir baxımsız qalan 400 m² ərazi zibillərdən, kollardan təmizləyərək abadlaşdırılıb. Həmin sahəyə ağac və gül dibçəkləri əkilib. Əsas yoldan bulağa qədər olan məsafəyə işıq xətti çəkərək, ərazini işıqlandırılıb, 50 m² hasara suvaq vurularaq, fasad emusiyası ilə rənglənib. Bulağa qədər olan 25 metr eniş yola mişar daşları ilə pilləkən hördürüb, üstünə tamet daşları düzülüb. Həmin yol məhəllə arası yol kimi də istifadə edilir”.

    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR

    Millət vəkili Anar İsgəndərov daha sonra qəsəbə sakini Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun ailsini və məzarını ziyarət edib, ruhuna dualar oxuyub, xatirə dəftərinə öz ürək sözlərini qeyd etdi. Millət vəkili şəhidimizin adının əbədiləşdirilməsi üçün qəsəbənin əsas küçələrindən birinə onun adının verilməsinin vacibliyindən danışıb.

    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR
    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR
    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR
    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR
    Millət vəkili Anar İsgəndərov daha sonra bu gün vəfat edən Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisı Hacı Mirqiyas Mirxas oğlu Təhməzovun dəfn mərasimində iştirak edib.
    Asiya.az
    Millət vəkili Anar İsgəndərovun seçiciləri ilə bir günü - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər