Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisı vəfat edib - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisı vəfat edib - FOTO
  • Cəmiyyət

  • Bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisı Hacı Mirqiyas Mirxas oğlu Təhməzov vəfat edib.

    Bu barədə Asiya.az-a məlumatı Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin nümayəndəsi Ayiq Səmədov verib.

    M.Təhməzov 1 iyul 1944-cü ildə Yardımlı rayonu Telavar kəndində anadan olub. O, gənc yaşlarlndan Masallı rayonuna köçüb. Cənub bölgəsinin tanınmış din xadimləri - Şeyx Qələm, Molla Hüseyn, Şeyx Qüdrət Axunddan təhsil alıb.

    M.Təhməzov yaşadığı Masallı rayonu Çaxırlı kənd qəbiristanlığında dəfn olunub.

    Mərhula vida mərasiminə Millət vəkili Anar İsgəndərov, Masallı Rayon İcra Aparatının nümayəndələri, tanınmış ruhanilər və rayon sakinləri qatılıb.
    Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisı vəfat edib - FOTO
    Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisı vəfat edib - FOTO
    Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisı vəfat edib - FOTO

    PAYLAŞ:

    Oxşar xəbərlər