Asiya.az xəbər verir ki, eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib. Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.
Qənirə Paşayeva son 250-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb, qayğılarını dinləyib