Masallı Xalq Teatrında şəhid Anar Novruzova ithaf olunan virtual tamaşa-kompozisiya nümayiş olunub – VİDEO/FOTO

Masallı Xalq Teatrında şəhid Anar Novruzova ithaf olunan virtual tamaşa-kompozisiya nümayiş olunub – VİDEO/FOTO
  • Mədəniyyət / Araşdırma / Asiya TV

  • Masallı Xalq Teatrı Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzova ithaf etdiyi “Qisas andımızdır” adlı virtual tamaşa-kompozisiyası canlı nümayiş olunub.

    Asiya.az
    xəbər verir ki, iyul ayının 20-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının virtual kompozisiyası onlayn platforma vasitəsilə canlı nümayiş olunub.

    Masallı rayon Ərkivan qəsəbəsindən olan şəhid mayor Anar Novruzova ithaf olunmuş tamaşa-kompozisiyada teatrın baş rejissoru Cəmaləddin Əliyev və rayon məktəbliləri iştirak edib.

    Şeir formatında hazırlanmış kompozisiya məzmun etibarilə vətənpərvərlik, torpaq təəssübü, mərdlik kimi yüksək mənəvi keyfiyyətlər üzərində qurulub.

    Kompozisiyada vətən uğrunda həyatını qurban vermiş – şəhidlik zirvəsinə yüksəlmiş vətən oğullarının qisasının tezliklə alınacağı, itirilmiş vətən torpaqlarının işğaldan azad ediləcəyinə inam ifadə olunur.
    Kompozisiyanın ərsəyə gəlməsində teatrın rejissoru C.Əliyevin, quruluşçu rəssam E.Əliyevin, teatrının baş pradüsseri M.Lələyevin və rayon məktəblilərinin böyük rolu olub.


    Masallı Xalq Teatrında şəhid Anar Novruzova ithaf olunan virtual tamaşa-kompozisiya nümayiş olunub – VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər