“Mətbuat milli şüurun, mənəviyyatın və mədəniyyətin inkişafına güclü təkan verən vasitədir” – Sevinc Fətəliyeva

“Mətbuat milli şüurun, mənəviyyatın və mədəniyyətin inkişafına güclü təkan verən vasitədir” – Sevinc Fətəliyeva
  • Cəmiyyət

  • “Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür. Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib və minlərlə jurnalist hər gün ölkə icitimaiyyətinin rifahı naminə yorulmadan çalışır”.

    Asiya.az
    xəbər verir ki, bu sözləri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edən millət vəkili Sevinc Fətəliyeva bildirib. Millət vəkili daha sonra qeyd edib ki, mətbuat milli şüurun, mənəviyyatın və mədəniyyətin inkişafına güclü təkan verən vasitədir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, gənc nəslin vətənpərvərlik tərbiyəsində, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə operativ çatdırılmasında Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir.

    Hörmətli media nümayəndələri,
    Sizi Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli peşəni fədakarlıqla yerinə yetirdiyinizə görə minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram! Qələbə soraqlı olmanız diləyilə!
    Sevinc Fətəliyeva, Millət vəkili.
    PAYLAŞ:

    Oxşar xəbərlər