Pakistan İslam Respublikası Senatından cavab məktubu gəldi - FOTO

Pakistan İslam Respublikası Senatından cavab məktubu gəldi - FOTO
  • Dünya

  • Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyim Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu adından Pakistan İslam Respublikasının Senatına Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı barədə məktub ünvanlayıb.

    Asiya.az
    xəbər verir ki, həmin məktub Pakistan İslam Respublikası Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılıb.

    Senator Məhəmməd Talha Mahmud məktubunda Azərbaycana dəstəyini ifadə etmiş, Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınayıb, General Mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev başda olmaqla qəhrəmancasına şəhid olanlara Allahdan rəhmət dilədiklərini bildirib.
    Senator məktubda qeyd edib ki, “Qardaş Pakistan hər zaman olduğu kimi bu gün də Azərbaycanla birlikdədir”.
    Pakistan İslam Respublikası Senatından cavab məktubu gəldi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər