SSRİ-nin ən gözəl gimnast qadını niyə yoxsulluq içində öldü - FOTO

SSRİ-nin ən gözəl gimnast qadını niyə yoxsulluq içində öldü - FOTO
  • Dünya / Maraqlı

  • Zinaida Voronina 1960-cı illərin sonlarında SSRİ-də çox məşhur idi. O, Mexiko olimpiadasında qızıl medal qazanmışdı, 6 dəfə dünya çempionatlarının qalibi olmuşdu. Onu Sovet İttifaqının ən gözəl gimnast qadını sayırdılar, “Qırmızı kraliça” adlandırırdılar.

    Asiya.az
    xəbər verir ki, SSRİ-də milyonlarla qadının həsəd apardığı, özünə nümunə saydığı Voronina həyatını yoxsulluq içində və tənha başa vurub. İdmanı tərk edəndən sonra həyat yoldaşı onu atmışdı, hökumət keçmiş gimnastı Moskvadan 101 kilometr uzağa yollamışdı.

    Zinaida Yoşkar-Oledə Drujinina soyadı ilə doğulmuşdu. Amma bəxti lap əvvəldən gətirməmişdi. Anası içki düşgünü idi. Gimnast Antonin Levşeviç onun istedadını üzə çıxaranda tale üzünə gülmüşdü. 1966-cı ildə 18 yaşlı qız SSRİ çempionatının gümüş mükafatçısı olanda hələ ondan böyük zirvələr fəth edəcəyini gözləmirdilər. Amma Zinaida uğurları bir-birinin ardınca düzürdü.

    Həyatında xoş hadisələr dövrü başladı. 1968-ci ildə Mexiko olimpiadasının qalibi oldu. Bir il sonra oğlu Dima dünyaya gəldi. Zinaida qısa zamanda formasını bərpa etdi, Lyublyanadakı dünya çempionatında da qızıl medal qazandı.

    Bəs niyə karyerasında eniş oldu? Mütəxəssislər uğursuzluğu rəqabətsizliklə əlaqələndirirlər. Zinaida sürətlə gerilədi. Komanda yoldaşı Tamara Lazakoviçlə möhkəm dostlaşması içkiyə aludəlik də yaratdı. Tezliklə karyeranı başa vurmaq məcburiyyəti yarandı.

    Sonra Voroninanı tamamilə bədbəxtlik basdı. O, hətta oğlunu uşaq bağçasından götürməyi də unudurdu. Hökumət tüfeyli həyat sürdüyünə görə onu paytaxtdan uzaqlaşdırdı. Uzun müddət Zinaidadan xəbər çıxmadı.

    Voronina zavodda işə düzəlmişdi. Orada 6 il duruş gətirə bildi. 1992-ci ildə işdən çıxarılandan sonra yenə möhkəm içməyə başlamışdı. Sonradan Yoşkar-Oleyə bacısının yanına gələndə onu şəhərdə çox yaxşı qarşılamışdılar. Uğurlarını unutmamışdılar. Amma tezliklə tamam tək qaldı. Həyatını da tənha və yoxsulluq içində başa vurdu. Keçmiş həyat yoldaşı hətta dəfninə də gəlməmişdi...
    SSRİ-nin ən gözəl gimnast qadını niyə yoxsulluq içində öldü - FOTO
    SSRİ-nin ən gözəl gimnast qadını niyə yoxsulluq içində öldü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər