Heydər Əliyev fondunun nümayəndələri şəhid Anar Novruzovun məzarını ziyarət etdi

Heydər Əliyev fondunun nümayəndələri şəhid Anar Novruzovun məzarını ziyarət etdi
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən bu gün fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan mayor Anar Novruzovun Masallı rayon Ərkivan qəsəbəsində ailə üzvləri ilə görüşüb, şəhidin məzarını ziyarət ediblər.

    Asiya.az
    xəbər verir ki, Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb.
    Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim fondun nəzarətində olacağı bildirilib.

    Şəhid Anar Novruzovun qardaşı Sucəddin Novruzovun Asiya.az-a verdiyi məlumata görə dünən Müdafiə Naziri Zakir Həsənovun tapşırığı ilə nazirliyin bir qurup yüksək çinli əməkdaşı da şəhid Anar Novruzovun məzarını ziyarət edərək ailə üzvləri ilə görüşüblər.

    Sucəddin Novruz onu da bildrib ki, “Bu gün vaxt tapıb mən də qardaşımla birlikdə şəhid olmuş hərbçi dostları - General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin II Fəxri Xiyabanda məzarlarını ziyarət etdim. Sonra onların ailə üzvləri ilə görüşüb dərdlərinə şərik oldum”.
    PAYLAŞ:

    Oxşar xəbərlər