Telefonlara gələn bu SMS nədir? (AÇIQLAMA)

Telefonlara gələn bu SMS nədir? (AÇIQLAMA)
  • Sosial

  • Bir neçə gündür "Nar Mobile" abunəçilərinə BMT tərəfindən müəyyən sorğuda iştirakla bağlı mesaj göndərilir.

    Mesajı alan istifadəçilər isə bunun təxribat olduğunu düşünərək, linkə daxil olmadan mesajı silirlər.

    Asiya.az xəbər verir ki, məsələ ilə bağlı "Nar Mobile"dən verilən məlumata görə, göndərilən mesajda narahatlığa səbəb heç nə yoxdur:

    "Sözügedən mesaj BMT tərəfindən göndərilir və biz burada sadəcə vasitəçiyik. Həmin mesajda təhlükəli və ya təxribat xarekterli bir hal yoxdur. Əgər mesajda hər hansısa təxribat halı qeydə alınsaydı, "Nar Mobile" bunun kütləvi şəkildə göndərilməsinə icazə verməzdi”.

    Telefonlara gələn bu SMS nədir? (AÇIQLAMA)
    PAYLAŞ:

    Oxşar xəbərlər