Iyulun 31-i və avqustun 1-i rayonlara gediş-gəlişə icazə veriləcəkmi?- AÇIQLAMA

Iyulun 31-i və avqustun 1-i rayonlara gediş-gəlişə icazə veriləcəkmi?- AÇIQLAMA
  • İqtisadiyyat

  • Xəbər verdiyimiz kimi iyulun 31-i və avqustun 1-i Azərbaycanda Qurban bayramı günləridir. Qurban Bayramında karantin rejimində yumşalma və ya insanların rayonlara gediş-gəlişinə icazə verilə bilərmi?

    Asiya.az
    xəbər ki, bununla bağlı konkret.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi ilə bağlı bütün səlahiyyət Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir.

    Bilirsiniz ki, hazırda 14 rayon və şəhərlərdə sərt karantin rejimi tədbiq edilir.

    Biz karantin rejiminə nə qədər əməl etsək, eyni zamanda gediş-gəliş azalarsa yoluxmanın miqyası və sayı da azalacaq.

    Mən hesab edirəm ki, biz karantin rejiminə nə qədər əməl etsək, qoyulan qaydaları həyat tərzimizə çevirsək bizim sağlamlığımızın xeyirinə ola bilər. Bu gün sağlamlığımızın qorunması daha çox vacibdir.

    Bu sadəcə müvvəqəti çətinlikdir. Bu il insanlarımız Qurban bayramını evlərində ailələri ilə birlikdə yüksək səviyyədə keçirə bilər”
    PAYLAŞ:

    Oxşar xəbərlər