Qaydalar lap sadələşdi – Rusiya vətəndaşlığı almaq belə asan olmamışdı

Qaydalar lap sadələşdi – Rusiya vətəndaşlığı almaq belə asan olmamışdı
  • Dünya

  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada alınması haqqında federal qanun qüvvəyə minib.

    Asiya.az
    RİA Novosti-yə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, Rusiya vətəndaşlığı almaq istəyən şəxslər əvvəlki vətəndaşlığından imtina etmək məcburiyyətində deyillər və ölkədə əvvəllər tələb olunduğundan daha az müddət yaşayaraq, yeni status almaq üçün müraciət edə bilərlər.

    İndi vətəndaşlığı olmayan və keçmiş sovet respublikaları ərazisində yaşayan keçmiş sovet vətəndaşlarının Rusiya vətəndaşlığı almazdan öncə üç il Rusiyada yaşaması və qanuni gəlir mənbəyinin mövcudluğunu təsdiqləməsi vacib deyil. Valideynlərindən biri Rusiyada yaşayan və Rusiya vətəndaşı ola , həmçinin rusiyalı ilə ailə qurub oğul-uşaq sahibi olan əcnəbilər üçün də eyni qaydalar keçərlidir.

    Rusiya pasportu almaq üçün ərizə ilə müraciət edən Ukrayna, Belarus, Qazaxıstan, Moldova vətəndaşları üçün etibarlı oturum icazəsinin olması kifayətdir.

    Rusiya universitetlərinin məzunları, artıq üç ildənsonra deyil, ölkədə bir il işlədikdən sonra yeni status almağa iddialı ola bilərlər.

    Qeyd edək ki, iyul ayının ortalarında Prezident Vladimir Putin, yetkinlik yaşına çatmış iş qabiliyyətli rusiyalı övladları olan əcnəbilərin vətəndaşlıq alma qaydalarını sadələşdirmişdi. Bundan daha əvvəl, mart ayında isə ukraynalılar və belaruslar üçün Rusiya pasportunun sadələşdirilmiş qaydada alınmasına dair qanun qəbul edilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər