“Rusiyanın maskası cırılır” – Moskva bölgəyə ordu və texnika yığır

“Rusiyanın maskası cırılır” – Moskva bölgəyə ordu və texnika yığır
  • Dünya

  • ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) Rusiyanın “Vaqner” şirkəti vasitəsilə Liviyaya hərbi qüvvələrini yerləşdirməkdə davam etdiyini açıqlayıb.

    Asiya.az
    Teleqraf.com-a istinadən xəbər verir ki, AFRICOM yaydığı açıqlamada rus hərbi qüvvələrinin Sirtədəki silahlı toqquşmanın ön cəbhəsində yer almasına dair peyk məlumatları əldə etdiyini bildirib.

    AFRICOM-un əməliyyat rəisi general Bradford Gerinq deyib ki, Rusiya “Vaqner” qrupuna maddi vəsait və canlı qüvvə təmin edərək, Liviyadakı nüfuzunu genişləndirir:

    AFRICOM-un Kəşfiyyat İdarəsi rəisinin köməkçisi general Qriqor Hedfild də yayılan məlumatları təsdiqləyib:

    “Peyk görüntüləri Rusiyanın bölgədəki genişmiqyaslı varlığını göstərir. Rusiya Liviyada dayanma nöqtəsi axtarır”.

    Rusiyanın Liviyaya “Vaqner”ə göndərdiyi hərbi texnikalar arasında “IL-76”lar da daxil olmaqla, yükdaşıma təyyarələri, hava hücumundan müdafiə sistemləri var. AFRICOM bundan əvvəl Liviyaya “MiG-29” və “Su-27” qırıcıları göndərdiyini açıqlamışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər