Abdin Fərzəliyevlə Həsənovları nələr bağlayır?

Abdin Fərzəliyevlə Həsənovları nələr bağlayır?
  • Siyasət / Araşdırma

  • Bakının strateji rayonlarından biri Nərimanovdur. Rayonun icra başçısı Abdin Fərzəliyev isə bu illər ərzində rayonun ərazilərini qarış-qarış peşkəş edib. Nərimanov İH başçısının pay-püşündən bəhrə görənlərdən biri də prezidentin sabiq köməkçisi, Əli Həsənovdur.

    Mediada yayılan iddialara görə, keçmiş Montin parkında 20 sot ərazidə 4 mərtəbəli villa A.Fərzəliyev tərəfindən tikilərək tam təmirli şəkildə Ə.Həsənova bağışlanıb. İcra başçısının prezidentin keçmiç köməkçisinə etdiyi bu yaxşılığın səbəbi aydın deyil. Lakin bu, Fərzəliyevin Həsənova ilk belə hədiyyəsi sayılmaz.

    Bildirilir ki, Əhməd Rəcəbli 29 ünvanında 4 min kvadratmetr sahəni əhatə edən 5 mərtəbəli bina Fərzəliyev tərəfindən Həsənova hədiyyə edilib. Binanın iki mərtəbəsi “Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib, qalan 3 mərtəbəsində isə “Kaspi kids”, “Kaspi poliqlot” və “Kaspi abituriyent” yerləşir. Amma məsələ bununla məhdudlaşmır. Məlum olur ki, Nərimanov rayon icra başçısı Heydər Əliyev mərkəzinin yaxınlığında ümumi sahəsi 400 kvadratmetrdən artıq olan 3 mənzili də alaraq sabiq köməkçiyə hədiyyə edib. Maraqlıdır ki, həmin bina prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilib.

    Xeber.de məlumat verir ki, A.Fərzəliyevin Ə.Həsənova bağışladığı daha bir obyekt isə yuxarıda qeyd ediyimiz ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 300 kv/metr olan qeyri-yaşayış sahəsidir.

    Onların bu münasibətlərinin digər fraqmenti isə Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovla bağlıdır. Maraqlıdır ki, A.Qafarovun Ə.Həsənovla əlaqələri haqda iddialar səslənib. Deyilənə görə, məhkəmə sədri vaxtilə Həsənova “haqq” verərək istədiyini edirmiş.

    Eyni zamanda Bakıda çoxsaylı mülklərə sahib olan məhkəmə sədrinin A.Fərzəliyevlə ciddi biznes əlaqələrinin olması haqda Azərbaycan mediasında məlumatlar tirajlanıb. İddialara görə, məhkəmə sədri A.Qafarov paytaxtda sahib olduğu mülklər Nərimanovun icra başçısının yaxın adamı, İH-nin hüquqşünası Nurlan Həsənov tərəfindən idarə edilir.

    İcra başçısının həmyerlisi olan N.Həsənov A.Fərzəliyevdən yaşca kiçik olsa da, onun ən etibarlı adamı kimi nüfuz qazanıb, qeyri-rəsmi işlərinə rəhbərlik edir. Onun Nərimanov İH-də özünü birinci müavin kimi apardığı iddia olunur. N.Həsənov ortalıqda çox görünməsə də, Fərzəliyevin “mühüm işlər üzrə kadrı” olduğunu hər kəs bilir
    PAYLAŞ:

    Oxşar xəbərlər