Bəhram Bağırzadə həyat yoldaşına: Ürəyim sənə görə döyünür...

Bəhram Bağırzadə həyat yoldaşına: Ürəyim sənə görə döyünür...
  • Mədəniyyət

  • "Biz çox şey yaşadıq, amma sənin sevgin məni dünyanın ən xoşbəxt kişisi etdin.”

    Asiya.az
    xəbər verir ki, bu sözləri Bəhram Bağırzadə öz Facebook səhifəsində həyat yoldaşı haqqında paylaşım edərkən yazıb.

    "Həyatımın asılı olduğu dəqiqələri sən saatlara, günlərə, əgər Tanrı izn versə, illərə çevirəcəksən. Sən mənim qoruyucu mələyim oldun, mümkün olmayını mümkün etdin. Mən Allaha təşəkkür edirəm ki, sənin kimi hədiyyəni mənə göndərdi. Biz çox şey yaşadıq, amma sənin sevgin məni dünyanın ən xoşbəxt kişisi etdin. Hər qadının sənin kimi dözümü və iradəsi yoxdur. Sən bu həyatda bənzəri olmayan qadınsan. Sən mənim həyatımın mənasısan. Ürəyim tək sənin üçün döyünür. Bilmirəm, nə vaxtsa mən, sənin mənə etdiklərini sənin üçün edə biləcəm… Ancaq bir Allah şahiddir ki, mən çox çalışacam.”
    Bəhram Bağırzadə həyat yoldaşına: Ürəyim sənə görə döyünür...
    PAYLAŞ:

    Oxşar xəbərlər