İlham Əliyev Balakəndə səfərdədir

İlham Əliyev Balakəndə səfərdədir
  • Siyasət / Manşet

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

    Asiya.az
    xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.

    Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

    Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayonunda "Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

    Asiya.az
    xəbər verir ki, dövlət başçısına təsərrüfat barədə məlumat verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər