Daşkəsəndə polisi əməkdaşı dələduzluq etdi - VİDEO

Daşkəsəndə polisi əməkdaşı dələduzluq etdi - VİDEO
  • Kriminal, Asiya TV

  • Daşkəsən rayon Çovdar kəndinin sakinləri, əslən Kəlbəcərdən olan 4 məcburi köçkün ailəsi sözügedən rayonun polis şöbəsinin əməkdaşının onlardan 103 quzunu aldığını və pulunu ödəmədiyini iddia edirlər.

    Sakinlər iddia edirlər ki, bir müddət əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı Rzayev Şahin, atası Rzayev Akif, qardaşları SeymurCeyhunla birgə, polis avtomobili ilə gələrək onlardan quzu almaq istədiklərini bildiriblər. Sözügedən şəxslər pulunu daha sonra ödəyəcəklərini vəd edib təsərrüfatla məşğul olan məcburi köçkün ailələrindən hər biri 145 manatdan olmaqla 103 ədəd quzu alıblar. Məcburi köçkün ailələri isə, həmin şəxslərin pulu vəd etdikləri vaxtdan – 2 iyuldan 28 gün keçməsinə baxmayaraq hələ də, ödəmədiklərini bildirirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər