Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs tutuldu

Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən şəxs tutuldu
  • Hadisə

  • Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs həbs edilib.

    Asiya.az
    xəbər verir ki, DİN mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Samir Məmmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 bükümdə metamfetamin aşkar edilərək götürülüb. İstintaq zamanı həmçinin müəyyən edilib ki, Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib. Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən özü qəbul edərək insanlara nümayiş etdirib.

    Bununla yanaşı, Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da qeyd edib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib. Faktla bağlı cinayət işi başlanılıb və Samir Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər