APA xəbər verir ki, belə bir nəticə qaliblərin onlayn mükafatlandırılması mərasimində elan olunub.
Serial 14 nominasiyada iştirak edib və doqquzunda qalib gəlib. Buna qədər “Çernobıl” artıq Qızıl Qlobus və Emmy mükafatlarına layiq görülüb.
Akademik Valeri Leqasov rolunu oynayan ingilis aktyor Cared Harris isə ən yaxşı aktyor kateqoriyasında “Tunc Maska” mükafatını alıb.
İyulun əvvəlində serial, həmçinin “British Academy Television Craft Awards” mərasimində yeddi nominasiyada qalib gəlib.
“HBO” telekanalının beş seriyalı “Çernobıl” filmi 1986-cı ildə Çernobıl AES-də baş verən faciə və onun nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərdən bəhs edir.