Millət vəkili Anar İsgəndərov Ərkivan qəsəbəsində olub

Millət vəkili Anar İsgəndərov Ərkivan qəsəbəsində olub
  • Sosial, Araşdırma

  • 71 saylı Masallı kənd seçki dairəsindən Milli Məclisə deputat seçilən Anar İsgəndərov bu gün rayonun Ərkivan qəsəbəsində olub.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili Anar İsgəndərov digər həmkarları Məşhur MəmmədovQənirə Paşayevlə birlikdə Tovuz rayonunda düşmən hücumunun qarşısını alarkən şəhid olmuş Anar Novruzovun Ərkivan qəsəbəsindəki evini ziyarət edib.
    Millət vəkilli Anar İsgəndərov şəhid mayorun ailəsinin qayğıları ilə maraqlanaraq, qeyd edib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin yüksək diqqətindədir və hər bir millət vəkilinin, məmurunun da borcu, şəhid ailələrinə münasibətdə dövlət başçısından örnək götürməkdir.
    Millət vəkili ailənin qayğıları, övladlarının təhsili ilə maraqlanıb, bir millət vəkili olaraq hər zaman onların yanında olacağını bildirib.

    Millət vəkilləri Qənirə PaşayevaMəşhur Məmmədov Anar Novruzov kimi şəhidlərin milli sərvət olduğunu və onların şəhid olduqdan sonra da, qoyub getdikləri ömürlə, əcdadların hərbi ənənələrinə əsaslanan sərkərdəlik bacarıqlarının bir örnək təşkil etdiyini bildiriblər.

    Sonra millət vəkili Anar İsgəndərov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev və “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov, RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirov 10 gün öncə vəfat etmiş Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzimovun evini ziyarət ediblər.

    Anar İsgəndərov ömrünün 75-ci pilləsində haqq dünyasına qovuşan Şərafət Əzimovun gənclərə nümunə ola biləcək mənalı həyat yolu keçməsini xatırladıb. “Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri olan Şərafət müəllim həm də bədii yaradıcılıqla məşğul olub. Publilistik məqalələri, şeir və qəzəlləri respublika jurnal və qəzetlərində dərc olunub. “Qızıl qələm” mükafatına layiq görülüb. Harda işləyibsə məsuliyyət hiss edib, vəzifəsinin öhdəsindən bacarıqla gəlib”.
    Millət vəkili Şərafət Əzimovun ailəsinə başsağlığı verərək, onların qayğıları ilə maraqlanıb.

    Sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev orta məktəbdə dil-ədəbiyyat fənnini tədris edən Şərafət müəllimin ömrünün son anınadək ölkəmizin tərəqqisindən qürurlanan ağsaqqal olaraq rayonun ictimai həyatında fəallığı ilə seçildiyini bildirib.

    Daha sonra Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov Şərafət Əzimovun rayon tədbirlərində səmərəli təklif və dəyərli tövsiyələrlə çıxış edərək mövcud problemlərin aradan qaldırılmasında hər zaman yardımçı olmağa çalışdığını, vətənə, dövlətçiliyə sədaqətli olduğu qədər də ailəsinə bağlı insan olduğunu bildirib.
    Asiya.az
    Millət vəkili Anar İsgəndərov Ərkivan qəsəbəsində olub
    PAYLAŞ:

    Oxşar xəbərlər