Cənab Prezidentimiz İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, fiziki imkanları məhdud insanlarımıza, maddi vəziyyəti çox çətin olan ailələrə qarşı diqqət və qayğısı hər birimizə böyük örnəkdir deyən Qənirə Paşayeva Qurban bayramında onlara Allahdan bütün arzularına çatmalarını diləyib.
Cənab Prezidentimizin şəhid ailələrinin, Qarabağ müharibəsi əlil və qazilərinin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlətimizin, dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva hər zaman şəhid ailələrimizin, Qarabağ müharibəsi veteran və əlillərimizin yanındayıq deyib.
Asiya.az xəbər verir ki, millət vəkili sakinlərin qayğıları ilə də maraqlanıb. Millət vəkili bayram günlərində online qaydada görüntülü şəkildə onlarla seçicisini təbrik etməklə yanaşı onların qaldırdıqları məsələləri diqqətdə saxlayacağını və həlli istiqamətində çalışacağını deyib. Sakinlərin qaldırdığı bəzi məsələlər isə qısa zamanda həllini tapıb.