Məmurların dənizkənarı ərazini hasarlamasına etiraz - VİDEO

Məmurların dənizkənarı ərazini hasarlamasına etiraz - VİDEO
  • Sosial, Araşdırma, Asiya TV

  • Bəzi Bakıətrafı qəsəbələrdə dənizin yüksək vəzifəli şəxslər tərəfindən "özəlləşdirilməsi” və hasara alınması son günlər yenidən gündəmə gəlib.

    Asiya.az
    xəbər verir ki, Vətəndaş Aynur Bağırzadə Bizimyol.info-ya bildirib ki, Sabunçu rayon Nardaran qəsəbəsində dənizkənarı ərazinin hasarlandığını və əhalinin sahilə buraxılmadığı bildirib.

    “Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşlarından biri deyir ki, ərazi satılıb, digəri isə karantinə görə bağlıdır deyir. Baxın, bizi neçə aldadırlar. Dənizkənarı ərazi hasarlanıb, əhali dənizə buraxılmır”,-deyə Aynur Bağırzadə bildirib.

    Dövlət başçısı İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun tətbiq edilməsi barədə 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
    Ramid İbrahimov
    PAYLAŞ:

    Oxşar xəbərlər