Millət vəkili karantin günlərində 300-ə yaxın onlayn görüş keçirdib

Millət vəkili karantin günlərində 300-ə yaxın onlayn görüş keçirdib
  • Sosial

  • MM-nın Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva son 1 həftədə 300-ə yaxın vətəndaşla onlayn qaydada görüntülü danışıb, qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib

    Asiya.az
    xəbər verir ki, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son bir həftədə 300-ə yaxın vətəndaşla online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

    Eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 200-dən çox müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların müraciətləri ilə bağlı isə millət vəkili Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

    Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

    Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər