Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO+ Fotolar

Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO+ Fotolar
  • Dünya / Manşet / Asiya TV

  • Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb.

    Asiya.az
    xəbər verir ki, Livanın "LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib.

    "Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, - telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir.

    Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 78 nəfər ölüb, dörd mindən artıq insan yaralanıb. Şəhərin bir neçə məhəlləsi tamamilə dağıdılıb. Səlahiyyətlilərə görə, təhlükəsizlik tədbirlərinə riayət etmədən uzun müddət limanda saxlanılan böyük bir ammonium nitrat partlayıb.

    Partlayışın çox sayda şahidi sosial mediada liman üzərindəki tüstünü əks etdirən görüntüləri paylaşıb.

    Partlayış dalğası limandan bir neçə kilometr aralıda yerləşən binaları məhv edib, avtomobillərə ziyan vurub.

    İnsanların binaların dağıntıları altında qalması nəticəsində qurbanların sayının arta biləcəyi deyilir.

    Hazırda Beyrut fəlakət bölgəsi elan edilib.



    Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO+ Fotolar
    Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO+ Fotolar
    Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO+ Fotolar
    Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO+ Fotolar
    Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO+ Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər