Millət vəkili Anar İsgəndərov yazır - "Masallı rayonu - 90"

Millət vəkili Anar İsgəndərov yazır -
  • Siyasət, Araşdırma

  • Masallı qədim insan məskənlərindən biridir. Masallı ərazisi qədim Atropatena dövlətinə daxil idi.

    Masallı rayonu Talış dağlarının dağətəyi və dağlıq hissələrini əhatə edir. Rayon mineral su mənbələri, tikinti materialları, zəngin meşə ehtiyatları və bərəkətli torpaqları ilə fərqlənir.
    Masallı əhalinin sayına görə Azərbaycanın ən böyük rayonlarından biridir. Son siyahıya almaya görə əhalinin sayı 230 min nəfərə yaxındır.

    Azərbaycada əhalinin sayına görə ən böyük qəsəbələrindən biri Masallının Ərkivan kəndidir.
    Masallı ərazisi iqlim və torpaq baxımından şərti olaraq iki hissəyə bölünür. Muğan və ya çöl kəndləri, Viləşüstü kəndlər və ya dağətəyi kəndlər.

    1930-cu il avqustun 8-də Masallı rayonu təşkil olunmuşdur. 1960-cı ildə rayon mərkəzinə şəhər statusu verilmişdir.
    Bu il Masallı rayonunun təşkil olunmasından 90 il ötür.
    Bu gün - avqustun 8-i həm də Qədir-Xum bayramıdır.
    Masallı əhalisi üçün avqustun 8-i ikiqat bayramdır. İkiqat bayramınız mübarək olsun, əziz Masallı sakinləri.
    Anar İsgəndərov,
    Professor, millət vəkili
    PAYLAŞ:

    Oxşar xəbərlər